Ukrayna, ABŞ və Avropa arasında Floridada məhsuldar danışıqlar aparılıb.

"Unikal" xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bildirib.

Onun sözlərinə görə, son üç gün ərzində Floridada Ukrayna, ABŞ və Avropa nümayəndələri arasında konstruktiv görüşlər keçirilib. Danışıqlarda təhlükəsizlik zəmanətləri, 20 maddəlik sülh planı, iqtisadi bərpa və növbəti addımların vaxt qrafiki müzakirə olunub.

Uitkoff qeyd edib ki, Ukrayna ədalətli və dayanıqlı sülhə sadiqdir və əsas məqsəd döyüşlərin dayandırılması, təhlükəsizliyin təmin edilməsi və bərpa prosesidir.