Amerikalı aktyor Leonardo DiKaprio rol aldığı filmlərə baxmadığını açıqlayıb.

"Unikal" xəbər verir ki, o bu barədə Cennifer Lourenslə "Variety" üçün müsahibəsində danışıb.

Cek Dosonu canlandırdığı "Titanik" filminə yenidən baxıb-baxmadığı ilə bağlı suala cavab olaraq DiKaprio illərdir çəkildiyi filmə baxmadığını deyib.

"Mən filmlərimə ümumiyyətlə təkrar baxmıram", - deyə aktyor etiraf edib.