Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib.

"Unikal"ın məlumatına görə, Prezidentin Sərəncamı ilə 3 nəfərə “general-mayor” ali hərbi rütbəsi verilib. 

General rütbəsi verilən polkovnik Seymur Qaraşov Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğludur.

Qeyd edək ki, Seymur Qaraşov FHN-nin Daxili təhlükəsizlik Baş idarəsinin rəisidir.

Seymur Əli