Fransa Gürcüstanda keçirilən “Uşaq Avroviziyası 2025” mahnı müsabiqəsinin qalibi olub.
"Unikal" xəbər verir ki, müsabiqədə Albaniya, Ermənistan, Azərbaycan, Xorvatiya, Kipr, Fransa, Gürcüstan, İrlandiya, İtaliya, Malta, Monteneqro, Niderland, Şimali Makedoniya, Polşa, Portuqaliya, San Marino, İspaniya və Ukrayna olmaqla 18 ölkə iştirak edib.
Qeyd edək ki, Azərbaycanı bu müsabiqədə Yağmur Nəsrullayeva təmsil edib. O "Miau Miau” mahnısını ifa edib və 15-ci yerdə qərarlaşıb.
*** 20:27
Tbilisidə 23-cü “Uşaq Avroviziyası 2025” mahnı müsabiqəsinin finalı başlayıb.
"Unikal" xəbər verik ki, ölkəmizi müsabiqədə təmsil edən 12 yaşlı Yağmur Nəsrullayeva “Miau Miau” mahnısı ilə 2 nömrə altında səhnəyə çıxacaq.
Beynəlxalq mahnı yarışmasına Azərbaycanla yanaşı 17 ölkə - Albaniya, Ermənistan, Xorvatiya, Kipr, Fransa, Gürcüstan, İrlandiya, İtaliya, Malta, Monteneqro, Niderland, Şimali Makedoniya, Polşa, Portuqaliya, San Marino, İspaniya və Ukrayna qatılıb.
*** 12:21
Tbilisidə bu gün Uşaq Avroviziya Mahnı Müsabiqəsinin finalı keçiriləcək.
"Unikal" xəbər verir ki, müsabiqənin final şousu bu gün, yerli vaxtla saat 20:00-da baş tutacaq.
Avropanın ən nüfuzlu uşaq musiqi yarışmasının final mərhələsində 18 Avropa ölkəsindən olan iştirakçılar səhnəyə çıxacaqlar.
Azərbaycanı bu müsabiqədə Yağmur Nəsrullayeva təmsil edəcək.
Tamaşaçılar jesc.tv saytı vasitəsilə səs verə bilərlər.
Səsvermə bu gün canlı yayımın başladığı vaxt – saat 20:00-da müvəqqəti olaraq dayandırılacaq. Bütün 18 iştirakçı səhnəyə çıxdıqdan sonra isə səsvermə 15 dəqiqəlik ikinci mərhələ üçün yenidən açılacaq.
