Bakıda Ticarət Mərkəzində maşınını şarja qoyan şəxs qiymətdən şikayətçidir.

"Unikal" xəbər verir ki, sürücü "Baku Mall"da avtomobilini şarja taxıb.

Bir saat ərzində şarj məntəqələrində  4-5 manata, ev şəraitində 1,5 manata  olan qiymət,  "Baku Mall"da 18 manata başa gəlib.