İspaniyanın “Real Madrid” komandası ciddi itki ilə üzləşib.
"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki, müdafiəçi Eder Militao zədələnib. O, bud nahiyəsindən xəsarət alıb.
İddiaya görə, Braziliya millisinin üzvü 3-4 ay yaşıl meydanlardan kənarda qalacaq.
Eder Militao bu mövsüm “Real Madridi”n heyətində La Liqada 13 oyun keçirib və 1 qolla yadda qalıb.
