“Mortal Kombat” filmində Şanq Tsunq obrazını canlandıran aktyor  Keri-Hiroyuki Taqava dünyasını dəyişib.

"Unikal" xəbər verir ki, Hollivud aktyoru  ABŞ-də 75 yaşında vəfat edib.

Məlumata görə, sənətçi dekabrın 4-də Santa Barbaradakı evində dünyasını dəyişib. Ölümün səbəbi insultdan yaranan ağırlaşmalar olub.