Müğənni və iş qadını Rihanna sosial tədbirdə geyiminə görə tənqid olunub.
"Unikal" xəbər verir ki, fotolar "Daily Mail" saytında dərc olunub.
Rihanna və sevgilisi A$AP Rocky dekabrın 1-də Nyu-Yorkda Gotham Film Mükafatlarına qatılıblar . Müğənni özəl tədbir üçün qatarlı çəhrayı maxi libas, ona uyğun lələk baş geyimi, qara dəri əlcək və boyunbağı seçib.
İnternet istifadəçiləri Rihannanın şəklini təqdir etməyiblər.
"Nə gülməli paltardır!", "Çoxlu pulları var, amma nə ləyaqətli geyinə bilirlər, nə də onlara kömək edəcək bir stilisti var", "O, cır-cındır geyinib. Bu gülməli dəbilqənin nə işi var?", - oxucular şərhlərində qeyd ediblər.
