"Beyaz TV"də yayımlanan "Söylemezsem olmaz" verilişində aparıcılıq edən müğənni Lerzan Mutlu kanaldan ayrıldığını açıqlayıb.
"Unikal" xəbər verir ki, bu barədə o, sosial şəbələdə məlumat yayıb.
Lerzan bildirib ki, tezliklə qadınlar üçün hazırladığı digər proqramda izləyicilərinin görüşünə gələcək.
Qeyd edək ki, bir neçə saat əvvəl verilişin digər aparıcısı, müğənni Nigat Doğan da kanaldan ayrılıb. Onun "Beyaz TV"yə işçilərin səriştəsizliyi, ödənilməyən maaşlar və kanalın proqrama sərmayə qoymaması səbəbindən ayrıldığı bildirilir.
