Bugünkü konsert proqramı sosial mediaya səs salacaq. 

“Unikal” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında reper Orxan Zeynallı deyib. 

Onun sözlərinə görə, konsert proqramı 3 gün davam edəcək və bu, bir ilkdir:

"Sənət tərtibatı fərqli olacaq. Bugünkü konsert proqramı sosial mediaya səs salacaq. Səhnəyə indiyədək heç vaxt duetimiz olmayan şəxslər çıxacaq".

Reper onu da qeyd edib ki, konsertə   hazırlıqlara uzun müddətdir başlayıb.

"Bu 3 günlük konsertə 5 5000-dən çox bilet satılıb", - deyə o əlavə edib.

Qeyd edək ki, reper 28,29,30 tarixlərində Heydər Əliyev sarayında konsert verəcək.

Gülayə Mecid