Çinin cənubundakı Kunminq əyalətində seysmik avadanlığı sınaqdan keçirən qatar yolda dayanan işçiləri vurub. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində 11 nəfər ölüb, iki nəfər yaralanıb.

Hadisə bu gün səhər saatlarında baş verib. Yaralılar xəstəxanaya çatdırılıb. Hazırda hüquq-mühafizə orqanları hadisənin digər hallarını araşdırır.

Gülayə Mecid