Ağ Evin yaxınlığında Milli Qvardiyanın iki əsgəri güllələnib.
"Unikal" xəbər verir ki, onların vəziyyəti barədə məlumat verilməyib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
“Ağ Ev bu faciəvi vəziyyətdən xəbərdardır və fəal şəkildə izləyir. Prezidentə bu barədə məlumat verilib”, - deyə Ağ Evin mətbuat katibi Karolin Livit bildirib.
Donald Tramp “Truth” sosial mediasında ağır yaralanmış və müalicələri iki ayrı xəstəxanada davam edən əsgərləri güllələyən şəxsin də da ağır yaralandığını yazıb. Onun sözlərinə görə, həmin şəxs cəzasını sərt şəkildə ödəyəcək.
Qeyd edək ki, Tramp Şükranlıq bayramını qeyd etmək üçün Floridadakı iqamətgahındadır.
