Sonuncu dəfə "Veda Mektubu" serialında rol alan Nurgül Yeşilçay sevgilisi Necati Kocabay ilə İstanbulu tərk edib.
"Unikal" xəbər verir ki, İzmirdə təbiət qoynunda məskunlaşan Yeşilçay sosial şəbəkədəki son paylaşımı ilə diqqət çəkib.
Belə ki, aktrisa traktor sürdüyü və zeytun yığımında iştirak etdiyi anları "Instagram"da yayımlayıb.
Nurgül Yeşilçay bununla da, şəhər həyatından kəndə keçidin onun üçün nə qədər yaxşı olduğunu göstərib.
