Türkiyənin Gümüşhane bölgəsində yerləşən Gümüşhane Universitetində silahlı şəxs bir nəfəri girov götürüb.

"Unikal" xəbər verir ki, hər iki şəxsin universitetin əməkdaşları olduğu ortaya çıxıb. 

Əraziyə Xüsusi Əməliyyat Polisi göndərilib, giriş-çıxış məntəqələri mühafizə olunub. Polis hadisə yerində şübhəliləri razı salmaq üçün səylərini davam etdirir.