ABŞ-da Ağ Evdə Şükranlıq bayramı ilə əlaqədar ənənəvi hind toyuğunun bağışlanması mərasimi keçirilib.
"Unikal" xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp çıxış edərək xalqı bayram münasibətilə təbrik edib və daha sonra Qabl və Vadl adlı hind toyuqlarını əfv edib. Bu il bayram süfrəsində olmayacaq quşlar geriyə - Şimali Karolinaya göndəriləcək.
Hind toyuğu ABŞ-da Şükranlıq bayramında süfrələrin əsas yeməyidir. Fermerlər və quşçular bu günün ABŞ-da rəsmi olaraq bayram elan edildiyi 1963-cü ildən etibarən hər il Prezidentə hind toyuğu hədiyyə göndərib.
1989-cu ildə Prezident ata Corc Buş bir hind toyuğunu öldürülməkdən rəsmi şəkildə bağışladığını elan etdikdən sonra o gündən başlayaraq hər il bütün prezidentlər bunu davam etdirir.
