Qırğızıstan Rusiya prezidenti Vladimir Putinin respublikaya dövlət səfəri çərçivəsində onu qarşılamağa hazırlaşır

"Unikal" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Yayımlanan kadrlarda hava limanında qırmızı xalça və xalq geyimlərində ənənəvi rəqsin məşqi əks olunub.

Aeroport binasının içərisində Rusiya liderini xalq mahnılarını ifa edəcək musiqiçilər qarşılayacaqlar.

Bundan əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bəyan edib ki, Putinin Qırğızıstana rəsmi səfəri zamanı o, Qırğızıstan lideri Sadır Japarov ilə danışıqlar aparacaq və burada iki prezident müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın əsas məsələlərini müzakirə edəcəklər.

Ağarza Elçinoğlu