"Ermənistanla Azərbaycan arasında sülh sazişi bütün region üçün yeni perspektivlər açır və bu, təkcə nəqliyyat dəhlizinin funksiyasına aid deyil".
"Unikal" xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.
"Bu, daşıyıcılara daha yaxşı şəraitin təmin edilməsi baxımından vacibdir və rəqabət bunun üçün daha əlverişli zəmin yaradır. Digər tərəfdən, bu, regionda sabitliyin göstəricisidir.
Sabitlik həm dəhliz ətrafındakı infrastrukturu yaxşılaşdıracaq, həm də regionun müxtəlif sektorlarına sərmayələr yatıracaq", - deyə o qeyd edib.
Ağarza Elçinoğlu
