Pakistanın Pişəvər bölgəsində Federal Polis İdarəsinin qərargahı terrorçu-kamikadzenin hücumuna məruz qalıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, qərargaha hücum edən üç terrorçu öldürülüb. Məlumata görə, bir bombardmançı özünü darvazada partladıb, digər ikisi isə binaya girməyə cəhd edib, lakin polis əməkdaşları tərəfindən güllələnib.
Təhlükəsizlik mənbələrinin məlumatına görə, hücum səhər saat 8-də baş verib. İnsident zamanı qərargahın üç əməkdaşı ölüb, iki nəfər yaralanıb. Təhlükəsizlik qüvvələri ərazini mühasirəyə alıb və təmizləmə əməliyyatı aparılır.
Gülayə Mecid
