Sığınacaqda qalan qızlardan biri itkin düşüb.
"Unikal" xəbər verir ki, bu barədə "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə yazıb.
O bildirib ki, qızın itkin düşməsinə səbəb atasının ondan imtina etməsi olub.
"Ata bir neçə gün öncə bizə zəng vurub bildirib ki, gedirəm ərizə yazım Sosial Xidmət Agentliyinə, gəlim qızımı aparım,təhsilini evdən davam etsin. Daha 2 gün sonra isə yenə zəng vurub ki, bağışlayın, apara bilmərəm. Qalsın 18 yaşı tamam olanadək oxusun,sonra gələr...
Bu gün qız məktəbdən qayıtmayıb... Daxili İşlər Nazirliyinin 102 xidmətinə itkin düşmə ilə məlumat vermişik. İnşallah ki, qızımız sağ salamat tapılar...".
