Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsi Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, şəhid ailələri, qazilər, rayon ziyalıları, ictimai fəallar və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən ziyarət edilərək dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad edilib.
"Unikal" xəbər verir ki, daha sonra Heydər Əliyev Mərkəzinin akt zalında "Vətənə, xalqa həsr edilən ömür" mövzusunda konfrans keçirilib. Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızı azadlığı, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri ehtiramla yad edilib.
Çıxış edən icra başçısı Məhərrəm Quliyev bildirdi ki, Ümummilli Lider Heydər Əliyev müasir müstəqil Azərbaycanın memarı və qurucusu kimi ölkəmizin inkişafında, dövlətçiliyimizin möhkəmləndirilməsində misilsiz xidmətlər göstərmişdir. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan sabitlik və tərəqqi yoluna qədəm qoymuş, beynəlxalq aləmdə öz layiqli yerini tutmuşdur. Ümummilli Liderin müəyyən etdiyi inkişaf strategiyası bu gün də uğurla davam etdirilir və ölkəmizin hərtərəfli inkişafına xidmət edir. Rayon rəhbəri çıxışında Ulu Öndərin zəngin siyasi irsini daim yaşatmalı, onun ideyalarına sadiq qalaraq dövlətimizin daha da güclənməsi naminə var qüvvəmizlə çalışmalı olduğumuzu qeyd edib.
Çıxış edən Yeni Azərbaycan Partiyasının Goranboy rayon təşkilatının sədri Samir Qocayev, Şəhid Milli Qəhrəman Niyazi Aslanovun həyat yoldaşı Rübabə İsmayılova, Qərbi Azərbaycan İcmasının Goranboy rayonu üzrə nümayəndəsi Ürfət Həsənov, tarixçi, fəlsəfə elmləri doktoru Gündüz Hacıyev Ulu Öndərin öz müdrikliyi və qətiyyəti ilə Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində, ölkəmizin inkişafında müstəsna rol oynadığını qeyd edərək, onun müəyyən etdiyi siyasi kursun Azərbaycanın davamlı inkişafına, xalqımızın rifahına və dövlətimizin beynəlxalq nüfuzunun artmasına xidmət etdiyini vurğuladılar. Bu gün əldə olunan uğurların Ümummilli Liderin uzaqgörən siyasətinin parlaq nəticəsi olduğu qeyd edilib.
Daha sonra rayon rəhbəri bir qrup şəxsə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə və Goranboy rayonunda Heydər Əliyev İdeologiyasının təbliği sahəsində nümunəvi fəaliyyətinə görə icra başçısının fəxri fərmanlarınl təqdim edib.
Sonda xatirə şəkli çəkdirilib.






































_1200.webp)














