"Elə şərait yaratmaq lazımdır ki, pensiyaya çıxmağa bir qədər qalmış müddətdə insanlar pensiya kapitalından istifadə etsinlər".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun və İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı deputat Əli Məsimli deyib.
"Vətəndaş pensiyaya çıxan zaman və ya çıxmamışdan dünyasını dəyişibsə, onun pensiya kapitalının vərəsələrə verilməsi istiqamətində qanunvericiliyə dəyişiklik edilməsini vacib hesab edirəm".
Anar Kəlbiyev
