Noyabrın 20-da doğma yurduna yola salınan köç karvanı Hadrut qəsəbəsinə çatıb.
"Unikal" xəbər verir ki, bu mərhələdə Xocalının Şuşakənd kəndinə köçürülən 54 nəfərdən ibarət 15 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
***12:39
Xocalı rayonunun Şuşakənd kəndinə növbəti köç karvanı yola salınıb.
"Unikal" xəbər verir ki, bu mərhələdə Şuşakənd kəndinə 15 ailə (54 nəfər) köçürülür.
Kəndə köç edənlər ölkənin müxtəlif yerlərində, əsas ən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bununla Şuşakənd kəndinə köçürülən ailələrin sayı 76-ya (284 nəfər) çatacaq.
