ABŞ prezidenti Donald Tramp “Truth Social” platformasında süni intellekt (AI) texnologiyasından istifadə edilərək hazırlanan maraqlı videosunu paylaşıb.

"Unikal" xəbər verir ki, özünü kral obrazında təsvir edən Tramp video-görüntüdə hərbi təyyarəni idarə edərək etirazçılara palçıq atır.