Ağ Evdən Putin-Tramp telefon söhbətinin ilk təfərrüatları açıqlanıb. 

"Unikal" xəbər verir ki, məlumata görə, telefon danışığı məhsuldar keçib.

Qeyd edilib ki, gələn həftə Rusiya və ABŞ prezidentləri yüksək səviyyəli görüş keçirəcək.

Tramp ilk açqılamasında bildirib ki, görüş Macarıstanda baş tutacaq. 

*** 19:31

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə Ağ Evdə keçiriləcək görüş öncəsi Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışır.

"Unikal"ın məlumatına görə, bu barədə ABŞ Prezidenti sosial mediada yazıb. O, danışığın detalları barədə məlumat verəcəyini deyib.

Ukrayna Prezidentinin Ağ Evə səfəri oktyabrın 17-si baş tutacaq.