Yazıçı-jurnalist Nizami Rəhmanlı vəfat edib.

"Unikal" xəbər verir ki, o bu gün 74 yaşında dünyasını dəyişib.

Nizami Rəhmanlı əmək fəaliyyətinə AzTV Komitəsində başlayıb. "Azərbaycan", "Respublika", "Panorama" qəzetlərində çalışıb.

Azərbaycan Yazıçılar Birliyinin üzvü olan jurnalist onlarla kitabın müəllifi idi.