Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədri, İdarə Heyətinin üzvü Ramiz Hüseynov və təşkilatın əməkdaşları şəhid Məmmədov Ruslan Ramiz oğlu, İslamlı Samir Xaliq oğlu, Səmədov Elnur Sədaqət oğlunun ailələrini ziyarət ediblər.
"Unikal" xəbər verir ki, ziyarət zamanı şəhid ailələrinin sosial vəziyyəti və gündəlik qayğıları ilə maraqlanılıb, onlara maddi və mənəvi dəstək göstərilib.
Təşkilat sədri Ramiz Hüseynov çıxışında qeyd edib ki, şəhidlərimizin əziz xatirəsini yaşatmaq, onların ailələrinə daim diqqət və qayğı göstərmək Yeni Azərbaycan Partiyasının əsas mənəvi borclarındandır. Bu torpaqlar uğrunda canından keçən qəhrəmanlarımızın ailələri ilə maraqlanmaq hər birimizin vətəndaşlıq borcudur. Biz bu diqqət və qayğını davamlı olaraq göstərməkdə qərarlıyıq deyə Ramiz Hüseynov vurğulayıb.
Şəhid ailələri onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
YAP Sumqayıt şəhər təşkilatı tərəfindən belə ziyarətlərin mütəmadi keçirilməsi planlaşdırılır.
