"Kayserispor" klubu baş məşqçisi Markus Qisdolu istefaya göndərib.
"Unikal" xəbər verir ki, məlumatı Super Liqa təmsilçisinin mətbuat xidməti yayıb.
56 yaşlı almaniyalı mütəxəssislə əməkdaşlığa qarşılıqlı razılıq əsasında son qoyulub.
Qeyd edək ki, "Kayserispor" Türkiyə çempionatında 8 oyuna 5 xal toplayıb və hazırda turnir cədvəlini 16-cı pilləsində mövqe tutub.
