Yaponiyanın mərkəzində ayı supermarketə girib, iki kişini yaralayıb.
"Unikal" xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Son illərdə vəhşi ayılara Yaponiyada, hətta yaşayış məntəqələrində də daha çox rast gəlinir. Bu, əhalinin azalması və iqlim dəyişikliyi kimi amillərlə əlaqələndirilir.
Mağaza müdiri yerli mediaya bildirib ki, həmin vaxt içəridə 30-40 müştəri olub. Ekologiya Nazirliyinin məlumatına görə, aprel-sentyabr ayları arasında ölkə üzrə ayılar tərəfindən 108 nəfər xəsarət alıb, onlardan 5-i ölüb.
Seymur Əli
