Ekvador prezidenti Daniel Noboanın korteji Kanar kantonunda hücuma məruz qalıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, ölkə liderinin avtomobili  500-ə yaxın əyalət sakinləri tərəfindən mühasirəyə alınıb və daha sonra prezidentin avtomobilində “güllə zədəsi” aşkar edilib.

Ekvadorun ətraf mühit və energetika naziri İnes Manzano Noboaya qarşı sui-qəsd cəhdi ilə bağlı bəyanat yayıb. Nazir əlavə edib ki, prezident xəsarət almayıb, lakin hadisə ilə bağlı beş nəfər saxlanılıb.

"Prezidentin maşınına atəş açmaq, daş atmaq, dövlət əmlakına ziyan vurmaq - bu, sadəcə olaraq cinayətdir", - Manzano bildirib.

Xatırladaq ki, ötən ayda Ekvadorda yanacaq qiymətləri ilə bağlı etirazlar zamanı etirazçılar prezident Daniel Noboanın kortejinə hücum etmişdilər. 

Gülayə Mecid