ABŞ Suriyada keçən həftə "Əl-Qaidə"nin yüksək rütbəli üzvünü öldürdüyünü açıqlayıb. 

"Unikal" xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuperin sözlərinə görə, “Əl-Qaidə” ilə əlaqəsi olan “Ənsar əl-İslam” terror qruplaşmasının üzvü  Məhəmməd Əbdülvəhhab əl-Əhməd məhv edilib.

Admiral bildirib ki, hadisə oktyabrın 2-də həyata keçirilib.

Gülayə Mecid