Madridin mərkəzində bina çöküb.

"Unikal" xəbər verir ki, bu barədə İspaniya KİV məlumat yayıb.

Bildirilir ki, çökən binanın dağıntıları altında qalan var: 

"Madridinin mərkəzində altı mərtəbəli bina çökdü. Tələfatın olub-olmadığı və ya çökməyə nəzarət edilib-edilmədiyi hələ məlum deyil.  Ehtimal ki, daha çox adam dağıntılar altında qala bilər".  

Məlumata görə, bina təmir zamanı uçub. Hadisə yerində yanğınsöndürənlər və tibb işçiləri işləyir.