Bəzi Kütləvi informasiya vasitələrində yayılmış Cəbrayıl rayonu, Malıbəyli kəndində ekskavatorun aşması və nəticədə sürücünün ölməsi ilə bağlı xəbərlər dezinformasiyadır.
"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev məlumat verib.
Qeyd edilib ki, sözügedən görüntülərin Azərbaycanla əlaqəsi yoxdur və hadisə ölkəmizdə baş verməyib.
