Fransa prezidenti Emmanuel Makron öz siyasətini ölkə parlamentinə tətbiq edə bilməyən “axsaq ördəy”ə çevrilib.

"Unikal" xəbər verir ki, bunu Britaniyanın “The Times” qəzeti yazıb.

Məqalədə deyilir: "Prezident Makron çox az variantı olan axsaq ördəkdir. Fransa Şarl de Qolldan bəri görünməmiş demokratik böhranla üzləşir".

Müəllifin fikrincə, hazırda siyasətçi üçün yalnız üç ssenari var: yeni baş nazir təyin etmək, parlament seçkiləri keçirmək və ya könüllü istefa vermək.