Dünya şöhrətli ingilis aktyoru Con Vudvin 96 yaşında dünyasını dəyişib.
"Unikal" xəbər verir ki, o bu gün səhər evində vəfat edib.
Vudvin "Amerikalı canavar" və "Netflix"in "The Crown" filmlərindəki rolları ilə tanınır.
Vudvinin karyerası 1950-ci illərdə başlayıb. O, "Hamlet", "Doctor Who", "Midsomer Murders2, "Shameless", "The Other Boleyn Girl", "Romeo and Culiet", "Wuthering Heights" və "The Agatha Christie Mysteries" filmlərində rol alıb. Vudvinin filmoqrafiyasına 200-dən çox ekran işidaxildir.
O, məşhur aktrisa Lin Farli ilə evli idi. Onun ən məşhur personajlarından biri "Şerlok" serialındakı professor Keyrns idi. Cütlük dəfələrlə eyni filmlərdə rol alıb.
