Dağıstanda qətl planı ilə bağlı həbs edilən iş adamı İbrahim Süleymanovun azı üç şəriki saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Mənbənin sözlərinə görə, saxlanılan şəxslər 2021-ci ildə qətlə cəhddə iştirakda şübhəli bilinirlər və müstəntiqlərin fikrincə, Süleymanov bunu təşkil edib.

Xatırladaq ki,  ötən həftə “Kölgə milyarder” ləqəbli İbrahim Süleymanov 2004-cü ildə Maliyyə Bərpası və İflas Federal Xidmətinin keçmiş rəhbəri Georgi Talın qətlində əli olmaqda şübhəli bilinərək Moskvada həbs edilib. 

Gülayə Mecid