Bir həftədən az müddətdə vəzifəyə gəlmiş Litvanın mədəniyyət naziri İqnotas Adomaviçyus Krımın statusu ilə bağlı bəyanatlarına görə tənqidlər fonunda istefa verib.
"Unikal" xəbər verir ki, onun istefasına səbəb “lrytas lt” portalına verdiyi müsahibədə Krımın statusu ilə bağlı suala birbaşa cavabdan yayınması və jurnalisti təxribatda ittiham etməsi olub.
Bu bəyanatlar ictimai etiraza gətirib çıxarıb və baş nazir İnqa Ruqinienenin dediyinə görə, “son damla” olub. O, nazirin könüllü istefa verməsini təklif edib.
