Fələstinin HƏMAS hərəkatı ABŞ prezidenti Donald Trampın Qəzza münaqişəsinin həlli planı ilə bağlı qərar verməyə tələsmir.

"Unikal" xəbər verir ki, bu  barədə Almaniyanın "Der Spiegel" qəzeti məlumat dərc edib. 

"HƏMAS Tramp planını müzakirə etməyə davam edir və vasitəçilərə müzakirələrin davam etdiyini və bir qədər vaxt aparacağını bildirib", - HƏMAS sözçüsü qəzetə bildirib.

Sentyabrın 30-da Tramp HƏMAS-a atəşkəslə razılaşmaq üçün “üç və ya dörd gün” verdiyini açıqlayıb.Trampın Qəzza sülh planı  20 bənddən ibarətdir. Təsdiq olunarsa, o, tezliklə atəşkəsə, İsraildə qalan israilli girovların və fələstinli məhbusların azad edilməsinə, humanitar yardım axınının artmasına və əraziyə nəzarətin Amerika liderinin özünün sədrlik etdiyi beynəlxalq “Sülh Şurası”nın nəzarəti altında olan müvəqqəti Fələstin texnokratik administrasiyasına verilməsinə gətirib çıxarmaq niyyətindədir.