"Əgər Rusiya kağız pələngdirsə, onda Şimali Atlantika Alyansı nədir?"

"Unikal" xəbər verir ki, bu sualı Rusiya prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun 22-ci illik iclasının plenar iclasında amerikalı həmkarı Donald Trampın sözlərinə cavab olaraq verib.

"Kağız pələng? Onda gedin bacarın da onunla (Rusiya ilə-red). Bütün bu illər ərzində Rusiya Ukrayna Silahlı Qüvvələri ilə deyil, faktiki olaraq bütün NATO ölkələri ilə döyüşür. Bu, əlbəttə ki, Rusiya Federasiyası üçün böyük çağırışdır, lakin onun ordusu, müdafiə sənayesi və hərbi təfəkkürü bu çağırışa tez uyğunlaşıb", - deyə Putin bildirib. 

Sentyabrın 23-də Tramp Rusiyanın Ukraynadakı hərbi xüsusi əməliyyatını “mənasız mübarizə” adlandırıb və Moskvanın hərbi gücünü ələ salıb. Siyasətçinin sözlərinə görə, Rusiya üç il yarımdır ki, real hərbi güclə bir həftəyə başa çatacaq döyüş aparır. Tramp vurğulayıb ki, ölkənin silahlı münaqişəni yekunlaşdıra bilməməsi onu “kağız pələng”ə bənzədir.