Diyarbəkirdə 8 yaşlı Narin Güranın qətli ilə bağlı saxlanılan Birsen, Fuat və Maşallah Güran azadlığa buraxılıblar.
"Unikal" xəbər verir ki, məhkəmə təqsirləndirilən şəxslərin həbsdə saxlanmasına ehtiyac olmadığını bildirib və qanuni prosedurlardan sonra onların sərbəst qalmalarına hökm verib.
Azadlığa buraxılan şəxslər daha əvvəl "Cinayətkarı ört-basdır etmə" ittihamı üzrə mühakimə olunurdular. Onlar 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdilər.
Qeyd edək ki, Türkiyənin Diyarbəkir bölgəsində itkin düşən Narin Güran 19 günlük axtarışlardan sonra Tavşantəpə (Dovşantəpə) kəndi ərazisində tapılıb. Onun ayağında sınıq və boynunda şübhə doğuran ləkə aşkarlanıb. Həmçinin cəsədin həddindən artıq deformasiyaya uğradığı bildirilib.
İstintaq çərçivəsində Narinin 12 nəfər qohumu həbs olunub.
