İstanbul vilayətinin valisi Davud Gülün verdiyi məlumata görə, İstanbulda baş verən zəlzələ nəticəsində ən azı 17 nəfər xəsarət alıb.
"Unikal" xəbər verir ki, İstanbulda hiss edilən 5 bal gücündə zəlzələnin episentri Mərmərə dənizində olub. Səlahiyyətlilər hələlik binanın çökməsi əlamətlərini aşkar etməyiblər.
İstanbul hava limanı zəlzələ nəticəsində terminal binalarına və uçuş-enmə zolaqlarına heç bir ziyan dəymədiyini, hava limanlarının normal rejimdə işlədiyini bildirib.
*** 16:31
İstanbul valisi Davud Gül Mərmərə dənizində baş verən 5 maqnitudalı zəlzələ ilə bağlı açıqlamada yayıb.
"Unikal" xəbər verir ki, onun sözlərinə görə, rəsmi qurumlar vəziyyəti nəzarətdə saxlayır.
"Zəlzələ İstanbul və ətraf vilayətlərdə də hiss olunub. Mobil operatorlara girişdə çətinliklər yaşanır", - məlumatda qeyd olunub.
***16:01
İstanbulda güclü zəlzələ olub.
"Unikal" xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Bildirilir ki, 5 bal gücündə baş verən zəlzələ ətraf ərazilərdə də hiss olunub.
