"Biz artıq Azərbaycanın tamamilə başqa mərhələdə inkişaf etdirilməsinin şahidi oluruq. Bunu əyani şəkildə 8 avqust Vaşinqton görüşlərində gördük".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında komitə sədri Səməd Seyidov deyib.

Komitə sədri bildirib ki, bu gün Azərbaycan öz müstəqilliyini və suverenliyini ən yüksək səviyyədə müdafiə etmək imkanındadır və bunu əyani şəkildə göstərir.

"Ancaq biz heç vaxt Azərbaycanın milli maraqlarının pozulması, nəzərə alınmaması ilə bağlı, Azərbaycanın törətmədiyi işləri Azərbaycana yazmaqla razılaşmayacağıq. Və öz mövqeyimizi açıq şəkildə göstərmişik. Bu gün gedən proseslər açıq şəkildə göstərir ki, Azərbaycana münasibət dəyişir. Azərbaycanla münasibət qurmaq niyyəti xarici ölkələrdə, onların siyasətçilərində tamamilə başqa bir müstəvidədir. Onlar hamısı yeni reallığı qəbul etməyə məhkumdurlar. Bu, o cümlədən, Avropa Şurası Parlament Assambleyasına aiddir. AŞPA başa düşməlidir ki, Azərbaycan artıq başqa bir mərhələdədir. O, yeni reallığı yaradaraq AŞPA-ya faktiki olduğu krizdən çıxmaq yolunu göstərib. Onlar regionda olmaq istıyirlərsə, yalnız Azərbaycanla yox, regionun başqa ölkələri ilə də ünsiyyətdə olmaq isyəyirlərsə, Azərbaycanın fikrini, mövqeyini, indiki reallığı qəbul etməlidirlər", - S.Seyidov bildirib.

Anar Kəlbiyev