PSJ-nin qapıçısı Lyuka Şevalye karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

"Beşiktaş" fransalı qolkiperi heyətinə qatmaq istəyir.

İlk təklifi rədd edilən İstanbul nəhəngi Paris klubuna ikinci dəfə müraciət edəcək. "Qara qartallar" bu dəfə 24 yaşlı "əlcək sahibi" üçün satınalma bəndi ilə icarəyə götürmək təklifi göndərəcək.

Qeyd edək ki, PSJ Lyuka Şevalyeni 2025-ci ilin yayında "Lill"dən 40 milyon avroya transfer edib. Fransa millisinin üzvü 2025/26 mövsümündə Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 26 rəsmi matçda qapısında 28 qol görüb.