Britaniyalı rəssam Devid Hokni 88 yaşında Londondakı evində vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə "Sky News" nəşri məlumat  yayıb.

"XX və XXI əsrlərin müasir incəsənətinin ən əhəmiyyətli simalarından biri olan məşhur britaniyalı rəssam Devid Hokni evində dinc şəkildə vəfat edib", - nəşr qeyd edib. 

Hokni müasir Britaniya incəsənətinin əsas simalarından biri və pop sənətinin ən məşhur nümayəndələrindən biri hesab olunur. Rəssam 1960-cı illərdə geniş şöhrət qazanıb.