15 İyun - Milli Qurtuluş Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatı və Bakı Atıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə ərazi partiya təşkilatları arasında “Qurtuluşdan zəfərə” adlı atıcılıq yarışı keçirilib.
"Unikal" xəbər verir ki, mükafatlandırma mərasimində əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi anılıb. Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Bakı Atıcılıq Mərkəzinin direktoru Tamirlan Hacıyev vurğulayıb ki, xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilərək ölkəni vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas etmişdir. O, Ümummilli Liderin siyasi idarəetmə qabiliyyətini, qətiyyətini və uzaqgörənliyini qeyd edərək gəncləri təbrik edib və onlara uğurlar arzulayıb.
YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib ki, Heydər Əliyev xalqın qurtuluş missiyasını cəsarətlə öz üzərinə götürmüş, Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını müəyyən etmiş və bu strategiyanı uğurla həyata keçirmişdir. O qeyd edib ki, Ulu Öndərin ideyaları və siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bunun nəticəsində Azərbaycan müstəqil, sarsılmaz və dünyada nüfuzlu dövlətə çevrilmişdir.
Tədbirin sonunda atıcılıq yarışında I, II və III yerləri qazanan iştirakçılara medallar və hədiyyələr təqdim olunub.
















.jpg)
.jpeg)








.jpg)























