Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşdan Zəfərə” adlı tədbir keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Kaxaber Abdaladze, Gəncə Apellyasiya Məhkəməsinin sədri Toğrul Əli, Gəncə Şəhər Məhkəməsinin sədri Xaqani Tağıyev, AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsi ziyarət olunaraq önünə gül dəstələri düzülüb, dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla anılıb.
YAP Gəncə şəhər təşkilatının inzibati binasında davam edən tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov və digərləri çıxış edərək bildiriblər ki, 15 İyun - Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsidir. Qeyd olunub ki, 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkədə ictimai-siyasi sabitliyin bərpasına, dövlət müstəqilliyinin möhkəmlənməsinə və milli birliyin təmin olunmasına şərait yaradıb.
Bu gün Prezident İlham Əliyev Ümummilli Liderin müəyyən etdiyi siyasi kursu uğurla davam etdirərək ölkənin hərtərəfli inkişafını təmin edir.
Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsilə başa çatıb.
Sonda bədii proqram təqdim olunub.





















.jpg)
.jpeg)








.jpg)




















