"Mançester Siti"nin ingilis futbolçusu Matheus Nunes Madriddə mobil telefon oğurlamaqda şübhəli bilinərək həbs edilib.
"Unikal" "El Mundo"ya istinadən xəbər verir ki, hadisə 2024-cü il sentyabrın 8-də Madriddə baş verib. Nunes gecə klubunun tualetində onun fotosunu çəkən şəxsin əlindən mobil telefonunu alıb.
Nunes polis bölməsinə aparılaraq sorğu-sual edilib. Hazırda o, həbsdədir, məhkəmənin qərarını gözləyir.
İngiltərə Premyer Liqasının (APL) cari mövsümündə Nunes üç oyun keçirib, qol vurmayıb. Nunes Çempionlar Liqasında bir oyun keçirib.
Gülayə Mecid






























.jpg)




.jpeg)



.png)

.jpg)









