Bu gecə MLS liqasında "Orlando Siti"ni 5:0 hesabı ilə yenən "İnter Mayami"nin argentinalı superulduzu Lionel Messi dubl etdiyi görüşdə yubiley qoluna imza atıb.
"Unikal" xəbər verir ki, 37 yaşlı Leo ölkə çempionatlarında 500-cü qolunu vurub.
Cənubi amerikalı forvard "Barselona"da çıxış edərkən İspaniya La Liqasında 474, PSJ-də top qovarkən Liqa 1-də 22, MLS-də isə 4 dəfə adını tabloya yazdırıb.
Qeyd edək ki, Messi bütün rəsmi turnirlərdə 891 matçda meydanda olub. O, bu qarşılaşmalarda 722 qol və 345 məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb.





.jpg)














.jpeg)

.jpeg)
































