Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) Mukaçevo əks-kəşfiyyat şöbəsinin rəisi Andrey Panarin tabeliyində olan şəxslərlə birlikdə SBU akademiyasının generalı və keçmiş rektoru Viktor Mikulini döyüb.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.
Hadisənin iyunun 23-də axşam saatlarında "Three Aces" restoranında baş verdiyi deyilir.
"Mikulin SBU əks-kəşfiyyatının nümayəndələrinə yüksək səslə danışdıqlarını deyib. Onlar sərxoş halda Mikulini döyməyə başlayıblar", - deyə məlumatda qeyd olunub.
Bildirilir ki, bundan sonra bir qrup əks-kəşfiyyat əməkdaşı Mikulini meşəyə aparıb, orada onu yenidən döyüblər, dişlərini sındıraraq "iPhone" 14 mobil telefonunu əlindən alıblar.
Faktla bağlı xuliqanlıq maddəsi ilə cinayət işi açılıb.
Ağarza Elçinoğlu



































.jpeg)


.jpg)

.jpeg)








.jpg)



