Saatlıda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, hadisə Şirinbəy kəndində qeydə alınıb. Belə ki, sakinlər - 2006-cı il təvəllüdlü Məmmədov Aqşin Sahib oğlu və 2007-ci il təvəllüdlü Məmmədov Xəyal Pənah oğlu velosipedlə hərəkətdə olarkən avtomobil onları vurub.
Müxtəlif dərəcəli xəsarət alan yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.









.png)
.jpeg)





.jpg)
.jpg)

.jpg)



.jpg)













.jpg)










