Lənkəranda 5 mərtəbəli binada partlayış olub.
Unikal.org-un ona.az-a istinadən məlumatına görə, partlayış şəhərin 2-ci mikrorayon ərazisində baş verib.
Hadisə nəticəsində Z.Əliyeva küçəsi, ev 78/3, mənzil 11 ünvanında kirayə qalan 1997-ci il təvəllüdlü Xəlilzadə Cəmil Əliməmməd oğlu müxtəlif xəsarətlər alıb. O dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. C.Xəlilzadəyə hər iki əlinin, sifət və boyun nahiyəsinin 1-ci və 2-ci dərəcəli termiki yanığı diaqnozu qoyulub.
İlkin ehtimala görə, hadisəyə səbəb qaz sızması olub.
Qeyd edək ki, Masallı rayon Zuvand kənd sakini olan C.Xəlilzadə LDU-nun tələbəsidir.







.jpg)



.jpg)


-fill_size=2560x1600-focal_point=1298x447-focal_size=224x279-fill_size=2560x1600-focal_point=1298x447-focal_size=224x279.jpg)













.jpg)















.webp)












